Visiontv.az xəbər verir ki, Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb.Ərazidə aşkarlanmış iki ədəd partlamamış ağ fosforlu top mərmisinin içərisində 3 kiloqram 800 qram ağ fosfor var.
Mərmilər partlayıcı mexanizmlərindəki nasazlıq səbəbindən düşərkən partlamayıb.
Fosforlu top mərmiləri partlayış yolu ilə yerində zərərsizləşdirilib.





FOTO: Əziz Elxanoğlu