97
Putin Moldovada prezident seçkilərində qalib gələn Maya Sandunu təbrik edib
Putin Moldovada prezident seçkilərində qalib gələn Maya Sandunu təbrik edib
16.11.2020 İlahe Tərəfindən

Rusiya prezidenti Vladimir Putin Moldovada keçirilən prezident seçkilərində qalib gələn Maya Sandunu təbrik edib.

Visiontv.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin M. Sanduya göndərdiyi təbrik teleqramında ona uğurlar və sağlamlıq arzulayıb.

“Ümid edirəm ki, Sizin dövlət başçısı kimi fəaliyyətiniz ölkələrimiz arasındakı münasibətlərin konstruktiv inkişafına yardım edəcək. Bu, şübhəsiz ki, Rusiya və Moldova xalqlarının köklü maraqlarına cavab verər”, - deyə təbrik teleqramında qeyd olunub.