Visiontv.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Paşinyanın partiyasından olan Lusine Badalyan fraksiyadan çıxdığını elan edib. Bununla da istefa verən deputatların sayı 4-ə çatıb.
Məlumat üçün bildirək ki, deputatların istefa verməsinə səbəb Nikol Paşinyanın son sözləri olub. Belə ki, Paşinyan “ Nəhayət “divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün “cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm” deyə, bildirib.
Hazırda Ermənistanda siyasi gərginlik qalmaqda davam edir. Digər deputatların da istefa verəcəyi istisna edilmir.