149
Paşinyanın partiyasından istefa verən deputatların sayı getdikcə artır
Paşinyanın partiyasından istefa verən deputatların sayı getdikcə artır
17.11.2020 Orxan Tərəfindən

Ermənistanda daha bir deputat baş nazir Nikol Paşinyana qarşı çıxaraq istefa verdiyini elan edib.

Visiontv.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Paşinyanın partiyasından olan Lusine Badalyan fraksiyadan çıxdığını elan edib. Bununla da istefa verən deputatların sayı 4-ə çatıb.

Məlumat üçün bildirək ki, deputatların istefa verməsinə səbəb Nikol Paşinyanın son sözləri olub. Belə ki, Paşinyan “ Nəhayət “divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün “cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm” deyə, bildirib. 

Hazırda Ermənistanda siyasi gərginlik qalmaqda davam edir. Digər deputatların da istefa verəcəyi istisna edilmir.