86
Putin və Makron Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər
Putin və Makron Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər
17.11.2020 İlahe Tərəfindən

Rusiya prezidenti Vladimir Putin və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.

V. Putin Rusiya tərəfindən qan tökülməsini dayandıran və yeni qurbanların olmasına imkan verməyən fəal vasitəçi səylər, eləcə də təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə E. Makrona məlumat verib.