Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.
V. Putin Rusiya tərəfindən qan tökülməsini dayandıran və yeni qurbanların olmasına imkan verməyən fəal vasitəçi səylər, eləcə də təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə E. Makrona məlumat verib.