Vision TV internet televiziyası 1 may 2013-cü il tarixindən fasiləsiz olaraq fəaliyyət göstərir.
Visiontv.az internet televiziyası 09.10.2013 tarixində keçirilən prezident seçkilərində radio və televiziya kateqoriyasında ilk sırada qeydiyyatdan keçib. MSK-dan rəsmi qeydiyyatdan keçərək namizədlərin təbliğat təşviqat işində iştirak edib.
Visiontv.az internet televiziyası 01.11.2015 tarixində Azərbaycan Respublikası Milli Məclisində seçkiqabağı təbliğat-təşviqat işlərində fəal iştirak etmişdir.
Visiontv.az Azərbaycanda fəaliyyət göstərən internet televiziyalar ailəsinin layiqli üzvi olmağa iddialıdır. Biz özümüzdən Amerika kəşf etməyəcəyik. Sivil dünyaya inteqrasiya edən və Azərbaycanda demokratik, azad televiziya qurmağa çalışırıq. Demirik ki, bu iş asan olacaq. Çətinlikləri və təhlükəni gözümüzün qarşısına almışıq.
Ona görə uğurlu bir televiziya yaradacağımıza inanırıq. İnam isə işin yarısı deməkdir. Deməli, biz işin yarısını görmüşük. Qalır ikinci yarısı. Və ən çətini. Sizi inandırmaq. Bunun da öhdəsindən gələcəyimizə əminik. Çünki sözü düz, əməli saleh olanların fikirlərinə həmişə inanıblar. Sizə və bizə uğurlar.
Visiontv.az Azərbaycanda fəaliyyət göstərən internet televiziyalar ailəsinin layiqli üzvi olmağa iddialıdır.
Showing 1 to 10 of 57 Entries