Ayris Devisin adlı nənənin 75 yaşı var. Yaşına rəğmən o, bodibildinq və fitneslə fəal məşğul olur.
Visiontv.az milli.az-a istinadən bildirir ki, 5 nəvənin nənəsi bodibildinqdə indiyədək 11 titul qazanıb.
Nənə hal-hazırda ABŞ-ın Florida ştatındakı Melburn şəhərində fəaliyyət göstərən "Beach Bodies Health & Fitness Centre"də məşqçi kimi çalışır.
Maraqlısı budur ki, Ayrisin devizi isə "Mən bacarıramsa, sən də bacararsan"dır.