101
Separatçıların sərsəm bəyanatları onların sülhə hazır olmadıqlarının göstəricisidir - deputat Nəsib Məhəməliyev
Separatçıların sərsəm bəyanatları onların sülhə hazır olmadıqlarının göstəricisidir - deputat Nəsib Məhəməliyev
16.11.2020 İlahe Tərəfindən

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyə Böyük Millət Məclisinə Azərbaycana hərbi qüvvə göndərməklə bağlı sənəd göndərilib. Və çox gumankı bu sənəd yaxın saatlarda Türkiyənin millət vəkilləri tərfindən qəbul ediləcəkdir.

Visiontv.az xəbər verir ki, Milli Məclisin deputatı Nəsib Məhəməliyev bizimlə söhbətində bildirdi ki, hələ ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev nəzarət-monitorinq məsələlərinin həllində Türkiyənin iştirakını vacib hesab etmişdi: “Türkiyəli hərbçilərin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsi Prezident Ərdoğan tərəfindən Türkiyə BMM-ə təqdim olunmuşdur. Azərbaycan-Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları bəyannamənin nəticəsi olaraq, bölgəyə 1960 nəfər rus sülhməramlısının gətirilməkdədir. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev nəzarət-monitorinq məsələlərinin həllində Türkiyənin iştirakını vacib saymış və dəfələrlə bu mövzuya münasibətini bildirmişdir. Hesab edirəm ki, Türk əsgərlərinin, Rusiya sülhməramlıları ilə birgə nəzarət-monitorinq işlərini yerinə yetirməsi, münaqişə zonasında nizamlama prosesini sürətləndirəcək və uzun müddətli etibarlı sülh təmin olunacaqdır. Nəzərə almaq lazımdır ki, son vaxtlar bu məsələ ətrafında çoxlu spekulyativ söhbətlər gəzir və bunların qarşısını almaq üçün, hər iki tərəfi qane edəcək balanslaşdırıcı nəzarət mexanizminin yaradılmasına ehtiyac var. Mən Türk əsgərlərinin bu prosesdə yaxından iştirakını zəruri hesab edirəm və alqışlayıram”.

Erməni tərəfi 10 noyabr sazişinin şərtlərinə əməl etmək və öz qoşunlarını Qarabağdan çıxarmaq niyyətində deyil. Əgər indiyədək bu barədə ayrı-ayrı komandirlər bildirirdisə, indi separatçı qüvvələrin komandanı Mikael Arzumanyan bəyan edir ki, Arsaxın təhlükəsizliyinin əsas qarantı -müdafiə ordusu müharibə zamanı ağır zərbələr alıb, lakin daha möhkəm, intizamlı olub və vətənin müdafiəsi ilə bağlı öz missiyasını yerinə yetirməyə hazırdır. Millət vəkili Nəsib Məhəməliyev separatçı qüvvələrin komandanı tərəfindən deyilən bu fikirlərin münaqişənin yenindən alovlanmasına xidmət etdiyini bildirdi: “Separatçıların səsləndirdikləri sərsəm bəyanatlar və Ermənistanın Daşnaksütun kimi bəzi siyasi qüvvələrin hərəkətləri, onların sülhə hazır olmadıqlarının göstəricisidir. Əldə olunmuş razılaşmaya uyğun olaraq bu Rusiya və Ermənistan hökumətlərinin birbaşa məsuliyyətidir. Aydın məsələdir ki, bəzi Qərb dairələrindən qızışdırılan bu provakativ hərəkətlər, ilk növbədə münaqişənin yenidən alovlanmasına xidmət edir. Ələlxüsus Fransa dövləti tərəfindən sülhə xidmət etməyən xoşagəlməz təhriklərin şahidi oluruq. Ermənilər də çalışırlar ki, maksimum prosesi ləngidərək vaxt qazansınlar. Perspektivi olmayan məsələdir. Əgər öhdəliklər yerinə yetirilməsə, Qəhrəman Azərbaycan əsgəri öz sözünü daha ağır şəkildə deyəcəkdir. İnşallah ona ehtiyac olmaz”.